Türkiyəyə F-35 verilməsi... – Vens də təsdiqlədi
Baxılıb: 944 Tarix: 25-06-2026 11:45

ABŞ administrasiyası Türkiyəyə ”F-35 Lightning II” qırıcılarının verilməsi imkanını nəzərdən keçirir və bununla bağlı Konqreslə işləyir.
Qanunvehedef.az xəbər verir ki, bunu ABŞ vitse-prezidenti Ceyms Devid Vens deyib.
Onun sözlərinə görə, müdafiə naziri Pit Heqset və bütün komanda hazırda bu məsələ üzərində çalışır:
“ABŞ qanunvericiliyinin tələblərinə əməl olunması üçün təsdiqlənməli olan müəyyən məqamlar var. Prezident bizə bununla məşğul olmağı tapşırıb. Məsələ əsasən Konqresin səlahiyyətlərinə aiddir: Söhbət Türkiyənin F-35-ləri ala bilməsi üçün ABŞ qanunlarına əməl edib-etməməsindən gedir”.
Qeyd edək ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35-lər verilə biləcəyini açıqlamışdı
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər



















