Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ukrayna konstitusiyasına dəyişiklik ediləcək

Baxılıb: 9117     Tarix: 29-06-2026 11:39   

“Ukrayna Avropa İttifaqına (Aİ) gələcək üzvlüyü ilə əlaqədar konstitusiyaya genişmiqyaslı dəyişiklik etməyə hazırlaşır”.

Qanunvehedef.az “Ukrinform” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk bildirib.

Onun sözlərinə görə, İttifaqa üzvlük çərçivəsində dövlətin səlahiyyətlərinin bir hissəsini Aİ orqanlarına ötürmək nəzərdə tutulub.

“Aİ-yə gedərkən biz başa düşməliyik ki, müəyyən səlahiyyətləri onun orqanlarına ötürəcəyik. Buna görə də bu, Ukrayna konstitusiyasında da öz əksini tapmalıdır”, - Stefançuk deyib.

Bununla belə, o, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda əsas qanuna hər hansı dəyişikliklərin edilməsinin mümkün olmadığını diqqətə çatdırıb.

“Hərbi əməliyyatlar başa çatdıqdan sonra dəyişikliklər Ukrayna cəmiyyətində müzakirə olunmalıdır”, - Ali Rada sədri əlavə edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar