Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Slutski: İrəvan bilməlidir ki, "havayı pendir" tələdə olur

Baxılıb: 8513     Tarix: 03-07-2026 10:47   


Erməni hakimiyyəti anlamalıdır ki, “Avropa tələsindəki” pendir havayı ola bilməz.

Qanunvehedef.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Avropa Birliyinin (AB) Ermənistan ixracatının 80 faizini rüsumlardan azad etmək planlarını şərh edərkən deyib.

Siyasətçinin sözlərinə görə, həqiqət anı artıq gəlib çatıb və İrəvan hesablaşmalı olduğunu başa düşməlidir.

"Ticarət üstünlükləri Rusiya əleyhinə dayaq yaratmanın gələcək qiymətidir. Şübhəsiz ki, mənfi nəticələri ilk növbədə Ermənistan xalqı hiss edəcək", - deyə o xəbərdarlıq edib.

Eyni zamanda, Slutski vurğulayıb ki, İrəvan "iki stulda otura" bilməz, seçim etməlidir: ya Rusiya və digər üzvlərlə əməkdaşlığı qoruyaraq AİB-ə üzvlük, ya da Avropaya inteqrasiya və "suverenlikdən faktiki olaraq imtina və Brüssel protektoratlığının yaradılması"...


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar