Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər

Baxılıb: 8219     Tarix: 09-07-2026 11:15   

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş fərdi tapançalar və döyüş patronları hədiyyə edib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqındakı (Aİ) mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri Antonio Koşta, Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Kir Starmer və Niderlandın hökumət başçısı Rob Cettenə oxşar hədiyyələr verilib.

Koştanın təhlükəsizlik xidməti tapançanı yoxlama üçün götürüb. Onu bütün hüquqi prosedurlar və saxlama qaydalarına riayət etməklə Belçikaya çatdırmaq planlaşdırılır.

Ursula fon der Lyayenin komandası silahla necə davranılacağı barədə açıqlama verməyib.

Digər Avropa liderləri hədiyyələri sonradan götürmək qərarına gəlibər. Belə ki, Kir Starmer və Rob Cetten tapançaları öz ölkələrinə aparmazdan əvvəl döyüş vəziyyətindən çıxarılması üçün Türkiyədə saxlayacaqlarını açıqlayıblar.

Lakin mənbələrin sözlərinə görə, bahalı hədiyyəlik tapançaların qiyməti, çox güman ki, Aİ-də rəsmi hədiyyələrin dəyəri üçün müəyyən edilmiş limiti aşır, buna görə də liderlər onları özlərində saxlaya bilməyəcəklər.

Fotoda: Kir Starmer və Rob Cetten


Qanunvehedef.az






{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar