Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İran bu ərəb ölkəsini hədələdi: Vuracağıq!

Baxılıb: 9916     Tarix: 10-07-2026 13:47   

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü İsmayıl Kövsəri BƏƏ-ni ABŞ-ın İrana qarşı son hücumlarında əməkdaşlıq etməkdə ittiham edərək, bunun “ciddi nəticələri” olacağını bildirib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə o, “Fars” xəbər agentliyinə müsahibəsində deyib.

Deputat BƏƏ-ni “bu təhlükəli addımları dayandırmağa” çağıraraq, əks halda ölkənin infrastrukturunun sərt cavabla üzləşəcəyini iddia edib:

“BƏƏ ABŞ əməliyyatları üçün təkcə öz hərbi bazalarını deyil, həm də logistik dəstəyini verib. İran Silahlı Qüvvələri Baş Qərargahının mövqeyinə əsasən, İrana qarşı hücumların həyata keçirilməsi üçün istifadə edilən istənilən ərazi qanuni hərbi hədəf sayılacaq və neft-qaz infrastrukturu və nəqliyyat şəbəkələri də mümkün cavab tədbirlərinin hədəfinə çevrilə bilər”.

Onun sözlərinə görə, bu cür addımlar İran üçün “qırmızı xətt” hesab olunur.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar