Ərdoğan NATO liderlərini bu gedişi ilə mat etdi

Amerikalı Marti Robbins adlı X şəbəkəsi istifadəçisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı paylaşımı platformanın gündəmində ön sıralarda yer alıb.
Qanunvehedef.az xəbər verir ki, o, Ərdoğanın sammitdə NATO liderlərini təəccübləndirən hədiyyəsindən söz açaraq, bunu yüksək zəka nümunəsi adlandırıb.
İstifadəçi həmçinin NATO üzvlərini silahı əllərində saxlaya bilməməkdə ittiham edib:
“Ərdoğan bu addımı ilə böyük zəka nümayiş etdirdi. Bu gediş Avropadakı bütün NATO üzvlərinin son dərəcə zəif və çəkingən vəziyyətini nümayiş etdirdi.
Orada ölkəninizin maraqlarını təmsil etmək üçün iştirak edirsiniz. Üstəlik hərbi alyansın tərkibindəsiniz! Müzakirə olunan mövzu müharibə və düşmənin zərərsizləşdirilməsidir.
Sammitə ev sahibliyi edən ölkənin lideri sənə revolver hədiyyə edir. Amma ölkəniz o qədər passiv, çəkingən və gücsüzdür ki, həmin hədiyyəni əlinizdə belə tuta bilmirsiniz.
Ərdoğan sözün əsl mənasında ustalıq nümayiş etdirərək, 200 İQ-lük bir gediş etdi”, - o bildirib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvə Toplantısında iştirak edən liderlərə xüsusi hazırlanmış, adları həkk olunmuş revolverlər və bir qutu sursat hədiyyə edib. Silahların öz ölkələrinə daşınması üçün lazımi ixrac sənədləri də liderlərə təhvil verilib. NATO liderlərindən bəziləri isə həmin hədiyyəni öz ölkəsinə aparıb çıxara bilməyib.

Qanunvehedef.az




















