Xəbər lenti
13/10/2026 [13:25]
Sabah 29° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Türkiyə ilə İran razılaşdı: Bu saziş daha 5 il uzadılır

Baxılıb: 981     Tarix: 13-10-2026 15:45   

Bu ilin iyulun 30-da bitən Türkiyə ilə İran arasında ildə təxminən 10 milyard kubmetr təbii qaz idxalını nəzərdə tutan 25 illik müqavilənin müddətinin daha 5 il uzadılması məsələsi müzakirə olunur.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Türkiyənin ANKA agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bu prosesin tezliklə tamamlanması və Doğubəyaziddən Türkiyəyə daxil olan boru kəməri vasitəsilə təbii qaz axınının bərpa olunması gözlənilir.

“Əgər Türkiyə və İran müqavilənin müddətinin bitməsinə bir müddət qalmış onu uzatmayacaqlarını bəyan etməsələr, müqavilə avtomatik olaraq daha 5 il müddətinə uzadılır. Bu müddəanın artıq qüvvəyə minməsi və müqavilənin avtomatik uzadılmasının həyata keçirilməsi mümkündür” - mənbə bildirib.

Qeyd edək ki, İranla Türkiyə arasında təbii qazın alqı-satqısına dair müqavilə 1996-cı il avqustun 8-də Tehranda imzalanıb. Bu çərçivədə inşa edilmiş və təxminən 1491 kilometr uzunluğunda olan Şərqi Anadolu Təbii Qaz Magistral Kəməri Doğubəyaziddən başlayaraq Ərzurum, Sivas və Kayseri vasitəsilə Ankaraya qədər uzanır.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar