Hörmüzdə üç neft tankeri partladı
Baxılıb: 980 Tarix: 24-11-2026 09:51

İran İnqilab Keşikçiləri Hörmüz boğazında icazəsiz marşrutla hərəkət edən üç neft tankerinin dəniz minalarına düşdüyünü, partlayışlar və güclü yanğınların baş verdiyini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, İran İnqilab Keşikçilərinin yaydığı yazılı bəyanata görə, hadisələrdən biri boğazın cənub sahillərində, digər ikisi isə Hörmüz boğazının şərq hissəsində qeydə alınıb.
Bəyanatda həmin tankerlərin ABŞ ordusunun geniş hava müşayiəti və mühafizəsi altında hərəkət etdiyi bildirilib. Qurum “ABŞ ordusunun hava müşayiəti bu hadisələrin baş verməsinin qarşısını ala bilmədi” ifadəsini işlədi
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər



















