Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İranda işıqlar hər gün sönəcək

Baxılıb: 930     Tarix: 24-11-2026 09:59   

İrandakı elektrik stansiyalarında yanacaq təminatı ilə bağlı çətinliklər və artan enerji sərfiyyatı səbəbindən noyabrın son günlərindən etibarən planlı elektrik kəsintiləri tətbiq ediləcək.

“Qafqazinfo”nun İran mediasına istinadən məlumatına görə, “Tawanir” Elektrik Paylama Şirkətinin baş direktoru Məhəmməd Allahdad bu barədə rəsmi açıqlama yayıb.

Onun sözlərinə görə, addım enerji istehlakını tənzimləmək və elektrik şəbəkəsini qorumaq məqsədi daşıyır. Kəsintilərin davamlılığı bölgələr üzrə fərqli olacaq.

Baş direktor vurğulayıb ki, məhdudiyyətlər hər iki gündən bir və ya gün ərzində iki saatlıq intervallarla iki saat müddətində tətbiq olunacaq. Kəsintilərin konkret qrafiki isə sonradan elan ediləcək.

Şəbəkənin dayanıqlılığını qorumaq və resursları bərabər bölüşdürmək üçün əhaliyə elektrik enerjisinə qənaət etmək tövsiyə olunur.

Qeyd edək ki, zəngin neft və təbii qaz ehtiyatlarına sahib olmasına baxmayaraq, İran sanksiyaların təsiri, infrastruktur sahəsinə yetərli sərmayə qoyulmaması və sürətlə böyüyən tələbat ucbatından vaxtaşırı kəskin enerji çatışmazlığı ilə üzləşir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar