Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Dərdin dərmanı özü imiş...

Baxılıb: 962     Tarix: 24-11-2026 10:12   

Braziliyada aparılan genişmiqyaslı tədqiqatlar virusları ötürə bilməyən “Wolbachia” bakteriyası daşıyan ağcaqanadların denqe qızdırması və çikunqunya infeksiyalarını təxminən 69 faiz azaltdığını üzə çıxarıb.

Qanunvehedef.az xəbər verir ki, dünyanın denqe qızdırmasından ən çox əziyyət çəkən bölgələrindən birində 5700-dən çox uşaq üzərində aparılan araşdırma bu metodun yalnız pestisidlərə və fərdi qorunma tədbirlərinə əsaslanan ənənəvi üsullara qarşı təsirli strategiya ola biləcəyini göstərir.

Beynəlxalq tədqiqat qrupunun üzvü, Emori Universitetinin əməkdaşı doktor Şri Edupuqantinin sözlərinə görə, “Wolbachia” bakteriyası daşıyan ağcaqanadların mövcud olduğu məhəllələrdə digər ərazilərlə müqayisədə məktəb yaşlı uşaqlar arasında denqe qızdırması və çikunqunya yoluxmalarında təxminən 69 faizlik azalma qeydə alınıb.

Tədqiqatçılar vurğulayıblar ki, bu qoruyucu təsir Braziliyada 2024-cü ildə baş verən şiddətli denqe qızdırması epidemiyası dövründə də özünü qoruyub saxlayıb.

Yeni nəticələr ABŞ-nin Florida ştatında 1940-cı illərdən bəri istənilən ştatda qeydə alınmış ən böyük virus epidemiyası ilə mübarizə aparıldığı bir dövrdə açıqlanıb. Adətən, ABŞ-də denqe qızdırmasına daha çox xaricə səyahət edənlərdə rast gəlinsə də, Florida səhiyyə qurumları cümə günü 650-dən çox yerli yoluxma halı aşkarladıqlarını bildiriblər. Bu halların təxminən dörddə üçü Tampa şəhərinin yerləşdiyi Hillsboro dairəsinin payına düşüb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar