Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Barkindonun İlham Əliyevə təşəkkürünün səbəbi... – Şərh

Baxılıb: 706     Tarix: 29-01-2020 11:59   

Yanvarın 24-də İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu işini başa vurmasına baxmayaraq, yenə də dünya siyasətçilərinin, iqtisadçılarının, politoloqlarının diqqət mərkəzindədir.
Qanunvehedef.az xəbər verir ki, bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib. V çağırış Milli Məclisin deputatı qeyd edib ki, Davos İqtisadi Forumunun 400-dən çox açıq və qapalı iclasında 3 mindən çox siyasətçi, akademik, iş adamı, qeyri-hökumət təşkilatlarının nümayəndələri “Birgə və davamlı dünyanın maraqlı tərəfləri”ni müzakirə ediblər:
“Hər il olduğu kimi, bu il də Azərbaycan beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirə edildiyi Forumda yüksək səviyyədə təmsil olundu. Mötəbər tədbirdə Prezident İlham Əliyevin dünyanın ən tanınmış siyasətçiləri, böyük transmilli şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər ölkəmizin əlaqələri baxımından yeni səhifə açdı”.
Naqif Həmzəyev onu da vurğulayıb ki, Azərbaycan bu gün qlobal enerji bazarının mühüm faktorlarından biridir:
“Artıq qlobal platforma hesab olunan Forum təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsir edir. Davos İqtisadi Forumu bir daha göstərdi ki, dünya Azərbaycan Prezidenti İlham Əliyevin qlobal enerji bazarı ilə bağlı uzaqgörən ideyalarını dəstəkləyir. Hələ 5 il əvvəl ölkə Prezidenti Dünya İqtisadi Forumunda Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv ölkələrin və OPEK üzvü olmayan neft istehsalçılarının bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı təşəbbüslə çıxış etmişdi. OPEK və qeyri-OPEK ölkələrinin yaratdığı OPEK+ koalisiyasının birgə səyləri nəticəsində isə bu gün qara qızılın qiyməti 55-60 dollar/barrel ətrafında dəyişir. Bazarda tələb-təklif tarazlığı pozulan zaman isə Azərbaycanın da daxil olduğu OPEK+ ölkələri buna dərhal reaksiya göstərir.
OPEK-in baş katibi Məhəmməd Barkindo 50-ci Davos Forumunda OPEK+ formatında əməkdaşlığın əsasının məhz Azərbaycan Prezidentinin çağırışı sayəsində qoyulduğunu minnətdarlıq hissi ilə xatırladaraq bildirdi ki, tarixdə ilk dəfə idi bu baş verirdi: “Sizin rəhbərliyiniz, sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizin də qeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalıb”.
Naqif Həmzəyev bildirib ki, ən diqqətçəkən məqam odur ki, Davos Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, Azərbaycanın dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən tərkib hissəsi olaraq təqdim edilməsinə, nümunə göstərilməsinə şərait yaradır:
“Sözsüz ki, bunun təməlində ölkə başçısının çoxşaxəli, davamlı siyasəti, böyük siyasi iradəsi sayəsində Azərbaycanı təhlükəsizlik adasına çevirməsi dayanır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar