Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Qarabağ”da qazlaşdırma istiqamətində görülən işlər...

Baxılıb: 935     Tarix: 20-10-2026 15:10   

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad olunmuş ərazilərin qazlaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.

Qanunvehedef.az xəbər verir ki, “Azəriqaz” İB tərəfindən 2023-cü ildə Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdərə və Ağdam rayonlarında 22 yaşayış məntəqəsinin qaz təminatı məqsədilə ümumilikdə 101,43 km, 2024-cü ildə isə Laçın, Cəbrayıl, Kəlbəcər və Ağdərə rayonlarında 4 yaşayış məntəqəsi üzrə 56,16 km daşıyıcı və paylayıcı qaz kəməri çəkilib.

Həmçinin Xankəndi şəhərində 53,5 km paylayıcı qaz kəməri işçi vəziyyətə gətirilib və yaşayış binaları, sosial və təhsil obyektlərinin qazanxanalarının təbii qazla təminatı həyata keçirilib. 2025-ci ilin köç qrafikinə uyğun olaraq Birlik tərəfindən Şuşa, Ağdərə, Xocavənd və Xocalı rayonlarında 26 yaşayış məntəqəsinin qazlaşdırılması üçün 165,67 km yeni qaz kəməri çəkilib, 64,2 km xətt isə bərpa olunub.

Bundan əlavə, Laçın və Zəngilan rayonlarında, Xankəndi şəhərində müxtəlif təyinatlı obyektlərin qaz təminatı üçün 20,42 km uzunluğunda daşıyıcı qaz kəməri çəkilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur. Qazlaşdırma layihələrinin icrası Böyük Qayıdış prosesinin mühüm infrastruktur istiqamətlərindən biri kimi davam etdirilir.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar