Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

40 günə təhlikəyə qalib gələcəyik, ancaq...

Baxılıb: 758     Tarix: 28-03-2020 15:01   

Koronavirus pandemiyasının dünyaya verdiyi mesajlar, dərslər, işarələr...
29 fevral və 11 sentyabrı vahid siyasi təqvimdə birləşdirən, sizcə, nədir?
Üstündən hələ bir ay keçməyib, lakin “Koronavirus-19” adlı bəşəri təhlükənin tədricən dünyaya yayılan qorxusu ilə müqayisədə 19 il əvvəlki hadisələr cəmi bir günün içində baş vermişdi. Amerika Birləşmiş Ştatlarının mərkəzi şəhərlərinə edilən hərbi hücumlar “Əkiz Göydələnlər”i yerlə-yeksan edincə, kainat sanki öz məhvərindən çıxmışdı. Axı necə ola bilərdi, bir vaxtlar kiçik idman təyyarəsi ilə Kremlin qarşısına – “Böyük Teatr” binasına qədər uçub gələn macəraçı yeniyetmə Matias Rustdan fərqli olaraq, Əl-Qaidənin və Talibanın kamikadzeləri birbaşa ölüm aktını həyata keçirərək, son 100 ildə heç bir dövlətin cəsarət etmədiyi hücuma əl atmışdılar.
Doğrudur, II Dünya müharibəsində babalarının belə bacarmadığı qəhrəmanlığa qadir olan alman gənc “Cessna-72” markalı, kiçik kalibrli yüngül bir “cırcırma” ilə 20-ci əsrin nəhəng imperiyasının Hava Hücumundan Müdafiə sistemlərinə qalib gələrək, onlara məşhur fransız komediyalarının səhnələrini yaşatmış, sonda Qızıl Ordunun əzəmətini bir güllə atmadan darmadağın etməkdə həlledici rollardan birini oynamışdı. Lakin dünya kapitalizminin simvolu olan göydələnlərə çırpılan sərnişin təyyarəsi və Pentaqona zərbə endirən, bədənlərini “canlı bombalar”a çevirərək ölümə atılan müsəlman mücahidlərin məqsədlərini qətiyyən başa düşmək mümkün olmurdu. Onlar Amerika adlı nəhəngin son əsrdə müharibə görməmiş xalqına nəyi göstərmək istəyirdilər?
Bəlkə, üstündən 11 il keçəndən sonra xanım dövlət katibi Hilları Klinton öz həmkarları ilə müqayisədə daha səmimi davranaraq ən yüksək kürsüdən etiraf etdiyi kimi, Sovetlər Birliyini dağıtmaq üçün Pakistana gedən Mərkəzi Kəşfiyyat casuslarının xeyir-duası və Konqresin gizli maliyyə yardımı ilə puştun tayfalarından yaradılmış qorxunc yaraqlı ordunu yarı yolda qoyduqlarının bədələni ödədiklərini deyərkən, ən dəqiq cavabı vermişdi. Gerçəkdən də, cəmi bir il təlim keçdikdən sonra Əfqanıstana atılan Üsəmə bin Ladenin “Siklon” əməliyyatları çərçivəsində Birləşmiş Ştatlar və Səudiyyə Krallığının 40 milyarddan artıq maliyyə yardımı ilə sovet-əfqan müharibəsinin gedişini dəyişməsi və Körfəz neftinə nəzarət, Asiyaya uzanan böyük məkana ağalıq niyyətində olan sovet ordularını Kabildən çıxmağa vadar etməsinin heç bir mükafatı olmamışdı. Məhz o zaman islam düşmənlərindən qisas alacağına and içən Bin Ladenin 2001-ci ilin 11 sentyabrı - məşum tarixində əl atdıqları “Armagedon zərbəsi” dünya insanlarını lərzəyə salmışdı. 3000-ə qədər insanın həyatına bais olan aktın milyardlarla insanda doğurduğu qorxu hissi Amerika və müttəfiqlərinin cavab reaksiyasının amansız olacağına şübhə yeri qoymamışdı.
Bəli, küçə və meydanlarda müsəlman libaslı hər kəsi əcinnə gözündə görən milyonlarla amerikalının Vaşinqtonda, Nyu Yorkda, elə hər yerdə cəzalandırdığı adamlar sonralar 150 minlik qoşunla Əfqanıstana gələn ABŞ və NATO ordularının ilk qurbanları idi.
Qəribədir, məhz indiki kimi onda da nəhəng stok marketlər və indeks bazarları uzun müddət böyük şokdan özlərinə gələ bilməmiş, 100 milyardlarla itkilərə məruz qalmışdılar. Lakin bu hələ başlanğıc idi. ABŞ orduları düz 19 il Hindiquş dağları ətrafında mücadilə edib rəsmi rəqəmlərə görə 822 milyarddan artıq pulu (Mənbə üçün resurs BAX) 10 min kilometr uzaqlıqdakı mücərrəd təhlükələrə qarşı səpib, 4000-ə qədər əskərini dünyəvi iddialarına qurban verib indi Əfqanıstanı tərk edir. Bəli, Maykl Pompeo son 3 ayda ticarət müharibəsinin lap pik dövründə Çinlə savaşı bir kənara qoyub, düz iki mühüm gününü məhz Taliban hökuməti ilə barışıq planına, iki Qənini bir arada tutmağa, düşmən və dostu vahid bir ittifaqda birləşdirmək strategiyasına həsr edib. Halbuki, vətəndaş müharibəsinin bir əsrdir tüğyan etdiyi bir torpağın ən minimal ehtiyaclarını qarşılamağa, savadsızlığın və cəhalətin tüğyan etdiyi tayfaları bolşeviklərin bir vaxtlar Vladivastokdan, Orta Asiyadan, ta Qafqazlaradək böyük coğrafiyada etdikləri kimi maarifləndirməyə, orta əsr ənənələri ilə sağlamlığını quran bir cəmiyyətin ictimai səhiyyəsinin dayaqlarını yaratmağa xərcləsəydi, indi tamam başqa mənzərə ortada olardı.
Bəli, koronavirusun dünyanın hər yerində dolaşan qorxunc kabusu ABŞ-ın nəhəngliyini dünya insanının gözündə laxladır. Çünki nüvə raketlərindən gözəgörünməz mikroblara atəş açmaq olmur. Deyəsən, belə avantüranı vaxtilə Afrika torpaqlarında təcrübədən keçiriblər. Malyariyanın, Ebolanın və Sarsın caynağında olan Konqoda, Zairdə, Somalidə atom silahı ilə epidemiyaya yoluxmuş yüz minlərlə insandan yaxa qurtarmağa çalışmışdılar. Lakin Talibanı bütün Qərbə və Şərqə, Şimala və Cənuba ən qorxulu düşmən, terror pandemiyası kimi tanıtdırandan sonra indi onlarla sülh sazişi imzalayıb, son 14 minlik silahlı heyəti əfqan torpağından çıxarmağın qalibiyyət, yoxsa məğlubiyyət olduğunu izah etməyə ehtiyac qalmır. Sadəcə, sual olunur: on illərlə bütün xalqlara yeridilən islam radikalizmi, xilafət bayrağı verib ayağa qaldırılan “Mehdi orduları”na qarşı informasiya, maliyyə və diplomatik hücumların mənası nədən ibarət olub? Dünyanın gündəmini və milyardlarla insanın beynini işğal edən informasiya viruslarını yayıb, indi əsgərlərinə “vətənə dön!” əmrini verməyi necə bir arada izah etmək olur?
Xatırladaq ki, rəsmi rəqəmlərə görə, Əfqanıstan, İraq və Suriya əməliyyatlarının qiyməti 1.5 trilyondan artıqdır (Mənbə BURADA ). Qeyri-rəsmi hesablamalar ondan dör dəfə artıqdır. Dünyanın siyasi xəritəsində yer alan və büdcəsi 10 milyard dollara çatmayan 112 dövləti həmin hərbi avantüralara xərclənən pullarla ən azı 6 il sərasər tox və təhlükəsiz saxlamaq olardı.
Halbuki indi ABŞ düyanın əksər regionunda oldğu kimi, milli böhran yaşayır və təhlükəyə yoluxmada da əldə etdiyi birincilik onminlər, hətta yüzminlərin həyatının bahasına başa gələ bilər. İqtisadi aktivlik ötən əsrin 30-cu illərindəki xalqın üzləşdiyi “Böyük İqtisadi Depressiya”dakı kimi olmasa da, ən böyük şəhərlərdə dayanan ticari aktivliyin, ümumxalq sosial təcridin və qapanan sərhədlərin fonunda "Morqan Stanley", "Qoldman Saks" kimi nəhənglərin proqnozlarına görə, ÜDM 30 faizə qədər aşağı düşə bilər və bu son 74 ildə minumum səviyyə deməkdir. İşsizliyin ölçüsü 20 faiz nisbətində arta bilər ki, onu 2 trilyonluq stimullaşdırma proqramı belə aradan qaldırmaz, ekzistensialist böhranı dəf etməyə gücü çatmaz.
Halbuki “Amerika açıq ölkədir və biz qapanmaq üçün yaranmamışıq” deyən Tramp öz sələfi, nəinki keçmişin, bütün dövrlərin böyük dövlət xadimi Franklin Ruzveltdən fərqli olaraq, ən qiymətli 3 ayı itirərək, koronoviurusdan xalqı və bəşəriyyəti qorumaq üçün heç vaxt geri qaytarılmayacaq zamanı əldən verdi.
"Çin virusu" deyərək dışladığı, lakin elə ilk gündən infeksiyanın milli-etnik mənsubiyyət daşımadığını bilərək Oval Kabinetdən qlobal həkim təlimatçısı rolunda malyariyaya qarşı istifadə olunan preparatları xilas üçün bəşəriyyətə təklif edəndə əlil arabasına düçar olan Ruzveltin 2-ci Dünya Müharibəsi zamanı Stalinlə görüşərək dünyanı xilas etmələri qətiyyən xatırlana bilməzdi.
Trampın digər həmkarı Boris Conson da liderlik ampluasında və ingilis elitasının müasir siması olaraq xalqa panaseya-xilas vasitəsi olaraq “Ümimi Daxili Məhsulun 3 faizinin itkisnə gedə bilməyəcəklərini, ən yaxın adamlarınızın ölümünə hazır olmağı” buyururdu. Halbuki elə həmin günlər 60 milyonluq Britaniyada bütün təbəqələri təmsil edən vətəndaşlardan daha yüksəkdə dayanan şahzadə Yelizaveta kral sarayını tərk edərək, Vindzor qəsrinə çəkilərək, öz Baş nazirindən kömək gözləmədiyini hamıya nümayiş etdirdi. Bəli, Bukinqem Sarayından qapalı bir hücrəyə gedən və krallıq tarixinin son 500 illik dövründə taxt-tacı tərk edərək sağlığını qoruyan monarxiya rəhbəri vəliəhd şahzadə Çarlzın yoluxduğu virusun yaşlılar üçün ölüm hökmü olduğunu hökumət başçısından daha yaxşı başa düşürdü. Üstündən bir neçə gün keçir və Boris Conson sehirli qutudan - Tvitterdən millətə sağlamlıq testinin “müsbət olduğunu” nümayiş etdirir və ölkəsini evdən idarə edəcəyini söyləyir. Yəqin, bu dəfə də Çörçill qəbirdə çevrilir, 20-ci əsrin nəhəng siyasi elitasının öldüyünü bəşəriyyət təzədən hiss edir və əsil şüur pandemiyasının, idrak infeksiyasının, düşüncə karantinin on illər ərzində dünyanın üstünə necə çökdüyünü bir daha anlayır.
Zəif, iradəsiz, strateji planlamadan və ideoleji konseptlər vermək bacarığından məhrum olan dünya liderlərinin vətəndaşlarının təhlükəsizliklərini təmin etmək əvəzinə yoluxduqları virusu öz cisimlərində görəndən sonra onun gerçəkliyinə inanmaları belə bir ümid verir ki, infeksiyanın ağa və qulu, varlı və kasıbı tanımaması onunla mübarizəni nəhayət, mümkün edir. Halbuki nə müqəddəs Kəbə evinin, nə Vatikanın, nə Kərbəla məbədinin, nə “Göz yaşları” divarının müasir orduların, qırıcı təyyarə və tankların gücü ilə deyil, etil spirti ilə qorunması zamanın sürətindən geri qalan dünya liderlərinə mesaj olmalı idi. Dini mərkəzlərin oxuduqları xütbələr indi nəinki onların milyardlarla tərəfdarını, heç özlərini belə qorumur.
Qloballlaşma çökür, əvəzində milli divarlar yenidən hörülür. Virusla dünyanı bölüşdürməyə qalxmaq, üç imperiyanı dağıdan Əfqanıstandan çəkib apardıqları qoşunları “Ağ Ev”in qapısını kəsmiş təhlükəyə qarşı deyil, yeni döyüş meydanlarına göndərmək, hazırkı Apokalipsisi dəf etməyə qalxarkən, yenə də dövlət quruluşu, ideoloji ekspansiyanı düşünmək və onu yeritmək COVid-19-dan daha böyük faciədir.
Terroru hakimiyyət kimi tanıyacaqdınızsa, onda öz rəhbəri Vladimir Putinə hər zaman sədaqətli olan Jirinovskinin 2014-cü ildə Krım sammitində “Talibani rəsmi iqtidar kimi qəbul edin” çağırışını niyə ələ salırdınız? İndi Rusiya həkimləri hərbi libasda İtaliya küçələri ilə marş edir və qədim Roma imperiyasının yerində reanimasiyada can savaşı verən bir xalqın heç vecinə deyil ki, Brüssel, yaxud Strasburq ruslara qarşı tətbiq olunan sanksiyaları pozduğuna görə onları necə suçlayır. Sovet tankları və bizim Mixaylonun addımladığı Adriatik dənizi sahillərində indi yeni savaş yaşanır. Görünür ki, hər gün Vatikanın bir addımlığında əzizlərini müqəddəs İsanın duaları olmadan torpağa tapşıran bir milləti Avropa Birliyinin çökən divarları çox az maraqlandırır.
Bəli, nəhayət dünya virusdan azad olmalıdır. On illərdir, xalqların məruz qaldığı amasız və haqsız müharibələrdən, ölkələrə sırınan dövlət modelləri və həyat tərzi işğallarından, informasiya və gerçək terrordan, iqtisadi ekspansiyalardan və digər epidemiyalardan.
Cini şüşəyə salmaq üçün Ruzvelt və Çörçill çatışmasa da, "Tehran 43"-ü təşkil etmək mümkün olmasa da, Stalinin özü ilə apardığı böyük bir formasiyanı qaytarmaq gərək olmasa da, Putini öz iddialarında sıxsalar da... Yoxsa, Ağ Ev uğrunda marafonu qazanmağın dünya üçün elə bir yararı olmayacaq.
Prezident İlham Əliyevin rəhbəri olduğu ölkə “Bir kəmər-bir yol”un qovşağında, ən böyük siyasi pandemiya ayrıcında NATO - Rusiya generallarına oturub razılaşmaları üçün stul təklif etməyi bacarmışdı. Yaxın Şərq üçün qədim Bakı turnesi keçirilmişdi. İndi qlobal Koronavirus üçün paytaxt ölkə axtarışlarında 20 dövlət liderinin yığılıb bir araya gəlməsinə sosial distans şərtləri mane olursa, bütün hikkələri bir kənara qoyub sadəcə “Çin protokolları”nı həyata keçirmək lazımdır.
Qədim Roma misalında deyildiyi kimi, “Əgər ağacın başında sirli nəsə varsa, kökünə baxmaq gərəkdir”. Axı hər gün informasiya atəşi altında onsuz da psixoloji dayanıqlığını itirən dünya adamlarına “Qiyamət dəhşətləri”ni yaşatmaq əvəzinə hər saat Wuhan vilayətini insanların sağlıq və var olma testi kimi təbliğ edin. Qırmızı dənizi yarıb keçən yəhudilərin xilası kimi indi Sanitar Kordon Wuhandır. Çinin qırmızı rəngi, onun iqtisadi-siyasi quruluşunun beyinlərdə qalacağı fikri və virusdan qorumayan demokratiyaların iflas edəcəyi vahiməsi sizi ən qiymətli sərvət olan insanların həyatını hifz etməkdən daşındırmasın. Ondan ötrü ortalama cəmisi 40 gün tələb olunur. Həkim Linin öz həyatını qurban verərək bəşəriyyəti xəbərdar edən çağırışı, onu bu qəhrəmanlığına görə sərt cəzalandırmaga hazır olan ulduzlu gestapoçuların və dünyanın salamatlığı üçün bu yeganə panaseyadır.
Bəli, bəşəriyyət özü boyda bir Uhan vilayətinə çevrilməlidir. Cəmi 40 günlük hərəkəti, qaçışı, möhtəkirlyi, azığınlığı, birjaları saxlamadan, bütün 7.7 milyardlıq dünya üçün onu təlim kimi qəbul etmədən qlobal meşə yanğınını söndürmək mümkün olmayacaq. Sükunətdən Yer üzü dağılmayacaq, onsuz da planetin özü fırlanır.
80 il əvvəl faşizmlə yaxınlaşan dünya müharibəsi qarşısında dövlətlər və ordular gec birləşdiyi üçün 50 milyona qədər itki verməyə məhkum edilmişdi. Ona görə də qələbənin qiyməti çox baha oldu. İndi ümumi düşmən qarşısında biri-digərinin hansı trofeyanı götürəcəyini, kimin Virusa necə məğlub olacağını gözləmədən, hamının qələbəsi və birgə gələcəyi naminə qərar verməyin vaxtıdır.
Yoxsa, hər gün Nyu York və Nasdaq kotirovkalarını, stok marketlərin ruhsuz, dinsiz, imansız faiz savaşlarını Coronalı Virusun ölüm indeksləri əvəz edəcək.
Hə bir də ən qiymətli aksiz, salfetlər olacaq!.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar