Azərbaycanın Türkiyədəki səfirliyi həmvətənlərimizin vəziyyəti ilə bağlı məlumat yaydı
Baxılıb: 684 Tarix: 30-03-2020 11:09
Azərbaycanın Türkiyədəki səfirliyi bölgədə koronavirus pandemiyası başlayandan bəri dövlət siyasətinin bir hissəsi kimi ölkə vətəndaşlarına mümkün dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Bu barədə səfirliyin yaydığı məlumatda qeyd olunub:
"Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən olunduğu kimi ilk növbədə, xüsusi ehtiyac duyan vətəndaşlarımızın ölkəmizə geri qayıtmasının təmin edilməsi daxil olmaqla, müvafiq tibbi ləvazimatların əldə edilməsi, təcrübə mübadiləsinin aparılması, Türkiyə daxilində vətəndaşlarımız üçün inzibati və lojistik məsələlərin həlli və digər istiqamətlərdə son iki həftədə gün ərzində gücləndirilmiş rejimdə fəaliyyət göstərib.
Eyni zamanda, Türkiyəyə girişləri qadağan olan ölkələrdən gələn 28 azərbaycanlının Bolqarıstan-Türkiyə sərhədindən keçməsinə imkan yaradılıb, daha sonra neytral zonada qalan 14 vətəndaşımızdan 11-i Bolqarıstana keçib, sərhəddə qalan digər üç vətəndaşımızın isə Türkiyəyə keçidini təmin etmək üçün iki həftədir bütün rəsmi diplomatik kanallarla təmaslar saxlanılıb.
Bu gün həmin üç azərbaycanlının Türkiyə ərazisində iki gün karantində qalmaq şərtilə xarici vətəndaşlar üçün tam bağlı olan sərhədi keçməsi təmin edilib.
Bunun üçün biz Türkiyə hökumətinə, xüsusilə də Türkiyə Xarici İşlər Nazirliyinə dərin minnətdarlığımızı bildiririk. Eyni zamanda qeyd edilir ki, Azərbaycanın Türkiyədəki səfirliyi tam tərkibdə və gücləndirilmiş rejimdə fəaliyyət göstərərək, ölkə vətəndaşlarının üzləşdiyi məsələlərin konsulluq yardımı müstəvisində həllinə dəstək verməkdə davam edir".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər