Ermənilərin Qarabağ "seçkisi" bosniyalıları da hiddətləndirdi
Baxılıb: 1 153 Tarix: 02-04-2020 15:42
Dağlıq Qarabağda keçirilmiş qondarma parlament və prezident seçkiləri Bosniya və Herseqovina ziyalılarını da hiddətləndirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məqalə dərc etdirən “İntellektuallar Assosiasiyası”nın prezidenti Adil Kulenoviç baş vermiş bu qanunsuzluğu tənqid edib.
Məqalədə vurğulanıb ki, dünyada pandemiya təhlükəsi ilə yaşandığı bir vaxtda belə yırtıcı siyasi təşkilatlar və ayrı-ayrı dövlətlər suveren dövlətlərin beynəlxalq nizamını və demokratik memarlığını məhv etmək niyyəti güdür. Bildirilir ki, bu gün də dost Azərbaycana qarşı həmin murdar siyasətin yürüdülməsinin şahidi oluruq.
Yazıda deyilir: “Təxminən 30 ildir ki, beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurası və digər qurumlar Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşır və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Bu qeyri-demokratik “seçkilərin” Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində keçirilməsi, hüquqi qüvvəyə malik olmaması təkcə Azərbaycan Respublikası Konstitusiyasının, eyni zamanda beynəlxalq hüququn, o cümlədən, BMT Nizamnaməsinin, ATƏT-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin pozulmasıdır”.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər