Xəbər lenti
12/06/2026 [13:47]
Sabah 35° isti olacaq
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

İmamoğlu niyə “ermənicə” təbrik etdi? – İstanbuldan cavab

Baxılıb: 919     Tarix: 13-04-2020 19:41   

Bu təbrik ilk dəfə deyil. Bunu biz də, cənab Prezident Rəcəb Tayyib Ərdoğan da dəfələrlə edib. Bunun niyə məhz indi problem kimi qarşılanmasını anlaya bilmirik. Biz hansı din və ya irqdən olursa olsun, Türkiyə vətəndaşlarının bütün müqəddəs bayramlarını təbrik edirik.
Bu sözləri Axar.az-a eksklüziv açıqlamasında İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun müşaviri Murad Ongun İmamoğlunun dünən ermənilərə ünvanlanan Pasxa təbrikini şərh edərkən deyib.
O bildirib ki, bu mövzuda ayrı-seçkilik yolverilməzdir:
“Gözəl Azərbaycanın da bütün milli bayramlarını hər zaman təbrik edirik”.
Murad Ongün həmçinin qeyd edib ki, İmamoğlunun dünən yazdığı təbrik Ermənistan ermənilərinə deyil, İstanbulda yaşayan ermənilərə ünvanlanıb.
Pasxanın yalnız ermənilərə aid olmadığına gəlincə, müşavir bildirib ki, ermənilər Pasxa bayramını aprel ayının 12-si qeyd edir, buna görə cənab İmamoğlu dünənki təbrikində bütün xristianlara deyil, Türkiyədə yaşayan ermənilərə müraciət edib.
Xatırladaq ki, dünən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyənin erməni millətindən olan vətəndaşlarını Pasxa bayramı münasibətilə təbrik edib. Ə.İmamoğlunun erməniləri bu cür təbriki, xüsusilə tvitinin sonunu erməni dilində yazması isə təkcə qardaş ölkədə deyil, Azərbaycanda da birmənalı qarşılanmayıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar