Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Lavrov yenə Məmmədyarovla danışdı: Məsləhətləşmə...

Baxılıb: 950     Tarix: 13-04-2020 20:02   

Aprelin 13-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Qanunvehedef.az xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər üzrə ətraflı müzakirələr aparıblar.
Nazirlər hər iki ölkənin COVİD-19 pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı fikir mübadiləsi həyata keçiriblər.
Mövcud vəziyyətdə iki ölkə sərhədində olan vəziyyət müzakirə olunub və tərəflər vurğulayıblar ki, müvəqqəti olaraq sərhədlərin bağlanılması hər hansı bir şəkildə iki ölkə arasında, eyni zamanda digər ölkələrə münasibətdə beynəlxalq yük daşımalarına təsir göstərməyəcək.
Xarici işlər nazirləri həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə, o cümlədən münaqişənin həlli istiqamətində atıla biləcək addımlar barədə fikir mübadiləsi həyata keçiriblər.
Nazirlər COVİD-19 pandemiyası ilə bağlı vəziyyət aradan qaldırıldıqdan sonra məsləhətləşmələri davam etdirməyi razılaşdırıblar.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar