Petrosyanın “kəhanəti”: 23 il əvvəl “yalvaracağıq” demişdi
Baxılıb: 582 Tarix: 05-10-2020 11:53
Ermənistan Respublikasının indiyə qədər olan liderləri arasında yalnız Levon Ter-Petrosyan Qarabağ konflikti ilə bağlı perspektivi görərək, erməniləri bununla bağlı xəbərdar edib. 1997-ci ildə vəzifəsini məcbur tərk etdikdən indiyə qədər Ter-Petrosyan Qarabağın heç vaxt Ermənistanın nəzarətinə keçməyəcəyini və bununla bağlı Azərbaycanla razılaşmağın gərəkli olduğunu deyib.
Qanunvehedef.az xəbər verir ki, Ter-Petrosyanın Qarabağın Azərbaycana verilməsiylə bağlı iki dəfə xüsusi önəm kəsb edən məqaləsi olub. Hər iki məqalə ucbatından Ermənistan dövrün iqtidarı tərəfindən böyük təzyiqlərə məruz qalıb.
Belə ki, Ter-Petrosyan ilk məqaləsini 1997-ci ildə “Nezavisimaya qazeta”da dərc etdirib. “Müharibə və sülh” adlandırılan məqalədə Ter-Petrosyan Qarabağla bağlı kompromisə gedilməyəcəyi halda Ermənistanın taleyinin çox ağır olacağını bildirib. Maraqlı məqam odur ki, Ter-Petrosyanın 23 il əvvəl Ermənistan üçün yazdığı sonradan bir-bir gerçəkliyə dönüb:
“Bu vəziyyətlə bağlı mən dəfələrlə dəqiq fikrimi bildirmişəm və bu gün də israr edirəm ki:
- Müharibə gərək istisna olsun. Qarabağ məsələsi sülh danışıqları vasitəçiliyi ilə həll edilməlidir;
- Uzun müddət status-kvonu saxlamaq mümkün olmayacaq, ona görə ki, buna nə dünya ictimaiyyəti, nə də Ermənistanın iqtisadi potensialı imkan verəcək;
- Qarabağ və Ermənistana problemin həll edilməməsi sərfəli deyil. Ona görə ki, bu, Ermənistanın iqtisadi inkişafına əhəmiyyətli dərəcədə mane olur, beynəlxalq ictimaiyyət və xüsusilə qonşu ölkələrlə münasibətlərinə çətinlik yaradır ki, bu da dəhşətli ola bilər;
Qarabağ məsələsinin yeganə həll variantı kompromisdir. Bu, tərəflərdən birinin qələbə qazanmaması, digərinin məğlub olmaması deməkdir.
Qoy xalqı “kompromisin alternativi var” deməklə aldatmağa cəhd etməsinlər. Kompromisin alternativi müharibədir.
Kompromisdən imtina və maksimalizm Qarabağın məhvi və Ermənistanın vəziyyətinin pisləşməsinə qısa yoldur.
Söhbət Qarabağı verib-verməməkdən getmir. Söhbət Qarabağı “erməni olaraq” saxlamaqdan gedir.
Avantüristlərin yolu qaçılmaz məğlubiyyətə aparır.
Mahiyyətlə bərabər kompromis anı da vacibdir. Aydındır ki, kompromis halda maksimuma yalnız güclü tərəf çata bilər. Ermənistan və Qarabağ bu gün güclüdür, amma konflikt həll edilməzsə, artıq bir neçə il sonra zəifləyəcəklər. Biz bu gün rədd etdiklərimiz üçün gələcəkdə yalvarmalı olacağıq, amma tariximizdə dəfələrlə olduğu kimi, geri ala bilməyəcəyik.
Realist olmalı və başa düşməlidirlər ki, beynəlxalq ictimaiyyət Qarabağdakı situasiya ilə uzun müddət barışmayacaq. Belə ki, bu situasiya regional əməkdaşlıq və təhlükəsizliyə, eləcə də Qərbin neft maraqlarına təhdid kəsb edir”.
Petrosyan, həmçinin Ermənistanın Qarabağda yox, bundan sonrakı dönəm beynəlxalq ictimaiyyətlə savaşacağını deyib.
Ter-Petrosyanın ikinci mühüm çıxışı isə 2016-cı ilin 28 dekabrında olub. Eks-prezident bu dəfə danışıqlarda hansı maddələrin müzakirə olunduğunu və Ermənistanın mütləq kompromisə getməli olduğunu yazaraq, bunun son şans olduğunu deyib:
“Hazırda danışıqlar masasında Qarabağ konfliktinin həlli ilə bağlı “Madrid-Kazan-Lavrov” variantı var və o, heç nəyi ilə 1997-ci ilin mərhələli həll variantından fərqlənmir. Plana əsasən, Ermənistan ilk mərhələdə Azərbaycana Qarabağ ətrafında nəzarət etdiyi 7 rayondan 5-ni qaytarır. Kəlbəcər və Laçın bunun tərkibinə daxil olmayacaq. İkinci mərhələdə Qarabağ və Azərbaycanın yeni təmas xəttinə sülhməramlı qüvvələr yerləşdirilir. Üçüncü mərhələdə Dağlıq Qarabağa aralıq status verilir. Dördüncü mərhələdə Qarabağ və Ermənistanın blokadası dayandırılır, Azərbaycan, Ermənistan, Qarabağ və böyük ehtimalla Türkiyə ilə əlaqələr bərpa edilir. Beşinci mərhələdə Dağlıq Qarabağın yekun statusu müəyyən edilir. Altıncı mərhələdə isə Azərbaycana Laçın dəhlizi istisna olmaqla yerdə qalan rayonlar qaytarılır.
2007-ci ildən, daha dəqiq desək, son illər daha intensiv şəkildə Ermənistan hakimiyyəti həmsədr ölkələr, xüsusilə Rusiya ilə danışıqları bu variant üzərindən aparır. Belə çıxır ki, bizi ittiham edənlər əslində öz proqramlarını müzakirə edirlər.
Erməni Milli Konqresinin mövqeyinə gəlincə isə bu proqram erməni xalqının gözləntilərini tam əks etdirməsə də, biz bunun reallaşdırılmasını istəyirik. Belə ki, həllin uzadılması Ermənistan və Dağlıq Qarabağı daha da zəiflədəcək, növbəti həll variantları indikindən qat-qat pis olacaq”.
Beləliklə, ermənilər üçün “qat-qat pis” variant – işğala qeyd-şərtsiz son qoyulması günü yetişdi.
Ən çox oxunanlar
Son xəbərlər