Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan əsgərləri Xankəndidədir

Baxılıb: 985     Tarix: 04-12-2020 11:33   

Şahidlərin sözlərinə görə, Azərbaycan əsgərləri Xankəndiyə gəlir və supermarketlərdən alış-veriş də edirlər. Düzdür, onlar rus sülhməramlılarının müşayiəti ilə gəlir, ancaq hazırda bu, heç nəyi dəyişmir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri keçmiş və qondarma “dqr”in “prezident müşaviri” Tiqran Abramyan yazıb.
Abramyan Paşinyana müraciət də edib:
“Sənin azacıq vicdanın qalıbmı? Nikol, sən mərdlik, şərəf haqda heç nə bilmirsən, ancaq anla: bu, haçansa yeni partlayışa səbəb olacaq. Sən olmayacaqsan, ancaq biz sənin qərarlarının ağır nəticələrini hiss etməyə davam edəcəyik”.
Qeyd edək ki, əgər rus sülhməramlıları gəlməsəydi, Azərbaycan Ordusunun Xankəndi şəhərinə girməsi an məsələsi idi. Buna görə də 10 noyabrda Paşinyan kapitulyasiyanı imzalamaq və digər ərazilərimizdən çıxmaq öhdəliyi götürməklə əslində boşalmış və bircə erməninin də qalmadığı Xankəndiyə ermənilərin qayıdışına nail oldu.
Bəyanatda isə Qarabağ ermənilərinə heç bir status nəzərdə tutulmadığı üçün onlar Azərbaycan şəhərində yalnız yaşaya bilərlər. Bu baxımdan Azərbaycan Ordusunun əsgərinin deyil, erməni əhalisinin Xankəndiyə qayıtmasına təəccüblənməli və buna görə ermənilər rus ordusuna minnətdar olmalıdır.
Xankəndi Azərbaycan şəhəridir və qısa müddətdə burada da suverenliyimiz təmin ediləcək.шаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking