Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ebola bu ölkəyə də sıçradı

Baxılıb: 970     Tarix: 21-10-2026 10:11   

Nigeriya hökuməti paytaxt Abujada ilk təsdiqlənmiş Ebola virusu halını elan edib.

Qanunvehedef.az xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəlik Uqandadan qayıdan qadın vətəndaşda aşkar olunub.

Xəstə dərhal təcrid edilərək müalicəyə cəlb olunub.

Epidemioloji araşdırmalar çərçivəsində xəstə ilə təmasda olmuş 44 nəfər müəyyənləşdirilərək həkim nəzarətinə götürülüb. Ölkənin bütün sərhəd-keçid məntəqələrində sanitariya-karantin nəzarəti gücləndirilib.

Səhiyyə naziri Məhəmməd Pate əhalini sakitliyi qorumağa, gigiyena qaydalarına riayət etməyə və qızdırma, halsızlıq, baş ağrısı kimi simptomlar müşahidə edildikdə dərhal həkimə müraciət etməyə çağırıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar