Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Tonoyan: Azərbaycan əsgərləri Basarkeçərə basıb keçdi - Video

Baxılıb: 457     Tarix: 09-12-2020 11:06   

Bu gün müxtəlif mənbələrdən mülki geyimdə olan Azərbaycan hərbçilərinin Vardenisdəki restoranların birində nahar etdikləri barədə məlumat almışıq.
Qanunvehedef.az xəbər verir ki, bunu Çiçəklənən Ermənistan Partiyasından deputat İveta Tonoyan parlamentdəki çıxışında deyib.
Tonoyan iddia edib ki, guya Azərbaycan hərbçiləri Vardenisdəki mağazalardan da alış-veriş ediblər.
“Əlbəttə, Milli Təhlükəsizlik Xidməti öz üslubunda bu məlumatları təkzib etməyə tələsdi, amma hamımız rəsmi strukturlarımızın nəyə dəydiyini gördük. Biz Qarabağın 75 faizini itirdik”, - Tonoyan bildirib.
Xatırladaq ki, Ermənistan Kəlbəcəri işğalda saxladığı müddətdə dövlət sərhədini bir neçə istiqamətdə irəli çəkib. Hazırda Azərbaycan Ordusu sərhədləri bərpa edir və bu bərpa zamanı da Ermənistanın ərazisinə qatılan yerlər geri alınır.
Qeyd edək ki, bu rayon 1969-ci ilə qədər Basarkeçər adlanıb. Basarkeçərin 37 kəndindən 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kənd olub. 1969-cu ildə ermənilər rayonun adını dəyişib, 1988-ci ilin 28 noyabrında isə silahlı ermənilər bu kəndlərə hücum edib, 34 nəfəri döyə-döyə öldürüblər. Azərbaycanlılar qışda buranı tərk edib, dağ yolu ilə Kəlbəcərə qaçmağa çalışıblar. Kəlbəcərə gələrkən dağlarda daha 12 nəfər donvurmadan ölüb.

шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar