Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Rus əsgərləri gəldi, meşədəki ermənilər cəsarətləndi: Sona qədər...

Baxılıb: 1 082     Tarix: 14-12-2020 12:06   

Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəlik ərazidə gizlənən erməni terrorçuları qətiyyən geri çəkilməyəcəklərini və sona qədər döyüşəcəklərini bildiriblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı erməni Teleqram səhifələri qeyd edib.
Məlumata görə, video-müraciətlə çıxış edən terrorçular İrəvanda yaşayan erməniləri də onlara qoşulmağa səsləyib.
Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti meşəlik ərazilərdə gizlənən erməni terrorçulara qarşı 11 dekabrda anti-terror əməliyyatı keçirmişdi.
Hazırda həmin əraziyə rus sülhməramlıları da gəlib. Maraqlıdır ki, meşədə gizlənən ermənilər məhz rus sülhməramlılarının gəlişindən sonra cəsarətləniblər.
Halbuki 10 noyabr Bəyanatına görə, erməni silahlıları dərhal Azərbaycan ərazisini tərk etməlidir və buna rus sülhməramlıları nəzarət etməlidir.
Erməni silahlılarının bu açıq çağırışı və rus sülhməramlılarının buna reaksiya verməməsi isə Bəyanatın pozulması deməkdir. Bu halda Azərbaycan Ordusu Bəyanatın bəndlərinin icrası üçün hərəkətə keçə bilər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar