Xəbər lenti
21/10/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xankəndidə modul şəhərcik yaradıldı

Baxılıb: 653     Tarix: 21-12-2020 09:46   

Xankəndidə Rusiya sülhməramlıları üçün modul şəhərciyin tikintisi yekunlaşıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Qarabağda Rusiya sülhməramlıları kontingentinin hərbi qulluqçularının yerləşdirilməsi üçün 250 nəfərlik modul şəhərciyin inşası başa çatıb. Hazırda mühəndis avadanlığının istismara verilməsi üzrə işlər sona yaxınlaşır”, - məlumatda bildirilir.
Qeyd edilir ki, şəhərciyin komplektləşdirilməsinə yaşayış qovşağı, idman zalı, zabit evi, hamam, tibb məntəqəsi, geyimin təmizlənilməsi otağı, asudə vaxt otağı, qərargah və dəftərxana, anbar, yemək otağı, mətbəx, məhsullar üçün anbar, sanitar qovşaq, silahın və mühəndis avadanlığının saxlanılması üçün otaq daxildir.
Şəhərcik şəxsi heyətə rahat həyat və məişət şəraiti yaratmağa imkan verəcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar