Xəbər lenti
21/10/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Lavrovla Qarabağı müzakirə edəcəyik — Çavuşoğlu

Baxılıb: 1 007     Tarix: 28-12-2020 16:44   

Sabah Rusiyaya səfərim zamanı Sergey Lavrovla Qarabağ məsələsini müzakirə edəcəyik.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.
XİN rəhbəri qeyd edib ki, Lavrovla görüşdə Qarabağ məsələsi diqqətdə olacaq:
“Rusiya ilə bir çox sahələrdə, o cümlədən regional məsələlərdə əməkdaşlığımız var. Suriyada, Liviyada fərqli tərəflərdəyik, lakin Suriya ilə Astana prosesində, Liviyada atəşkəsin qalıcı olması üçün bəzi çalışmalarımız mövcuddur.
Lavrovla Qarabağ məsələsini də müzakirə edəcəyik. Məlum olduğu kimi, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılmas ilə bağlı iki ölkə arasında razılaşma imzalanıb. Ortaq mərkəzin qurulması istiqamətində müzakirələrimiz davam edəcək.
Azərbaycanın sərhəd təhlükəsizliyi, ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində olmalıdır. Bununla əlaqədar gələcəkdə atılacaq addımları müzakirə edəcəyik".
Qeyd edək ki, 29 dekabrda Soçidə Türkiyə-Rusiya Ortaq Strateji Planlaşdırma Qrupunun 8-ci iclası keçiriləcək.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar