Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Bakı Metropoliteni” tarifinin dəyişdirilməsinə münasibət bildirib

Baxılıb: 802     Tarix: 31-07-2018 14:00   
Metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir

“Bakı Metropoliteni” QSC metroda sərnişindaşıma tarifinin dəyişdirilməsinə münasibət bildirib.

 

“APA-Economics”in məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlaması zamanı bildirib ki, metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Onun sözlərinə görə, Azərbaycanda mövcud olan tarif MDB ölkələrində ən aşağı tarifdir.

 

“Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpik təşkil edir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda da MDB məkanında ən ucuz qiymət Azərbaycandadır. Qiymət artımından sonra “Bakı Metropoliteni”nin qatar parkı yenilənəcək, yeni stansiyaların tikintisi işləri sürətləndiriləcək, bir sözlə xidmət keyfiyyətinin artırılması üçün bütün zəruri addımlar atılacaq”, - deyə qurum rəsmisi bildirib.





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar