Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ermənistanda yanğında ölən hərbçilərin valideynləri aksiya keçirir

Baxılıb: 468     Tarix: 20-02-2023 10:56   

Ermənistanın Basarkeçər rayonunda hərbi hissədə baş vermiş yanğın nəticəsində ölən hərbçilərin valideynləri İrəvanda etiraz aksiyası keçirir.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya Ermənistan hökumətinin binası qarşısında təşkil edilib.
Məlumata görə, etirazçılar övladlarının ölümü ilə bağlı rəsmi versiyaya inanmırlar və daha hərtərəfli araşdırma aparılmasını tələb edirlər.
Xatırladaq ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrdən birinin kazarmasında baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb. Ölkənin İstintaq Komitəsinin məlumatına görə, yanğına səbəb benzinlə davranış qaydalarının pozulması olub. İlkin məlumata görə, hərbçilər kazarmanı isitmək üçün sobanı benzinlə yandırmağa çalışıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar