Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

TÜRKİYƏDƏ YENİDƏN GÜCLÜ ZƏLZƏLƏ OLUB - 6 nəfər ölüb, 294 nəfər yaralanıb (Yeniləndi)

Baxılıb: 503     Tarix: 21-02-2023 11:48   

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
“Report” xəbər verir ki, məlumatı “Hurriyet” nəşri yayıb.
Qeyd olunub ki, baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.
Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss o lunub.
***
Türkiyədə baş verən yeni zəlzələlər nəticəsində üç nəfər həlak olub.
Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində 213 nəfər yaralanıb: “Hazırda axtarış-xilasetmə qruplarımız tam sürətlə digər xəbərlərə getməyə çalışırlar. Bu gün axşam saatlarında riskli binalara girməmək barədə xəbərdarlıq etmişik. Bu son dərəcə risklidir. Zəlzələlər davam edir. Heç bir qiymətləndirmə olmadan həmin binalara girmək fəlakətlərə səbəb ola bilər”.
***
Türkiyənin Hatay şəhərinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Fevralın 20-də yerli vaxtla saat 20:04-də qeydə alınan yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.
Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.
Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Son məlumatlara görə, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 41 156 nəfərə çatıb, yaralı sayı 108 000 nəfər təşkil edir.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar