Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Quranda adı keçən əbabil quşu Türkiyədə tapıldı - FOTO

Baxılıb: 1 412     Tarix: 16-08-2018 16:12   

Türkiyənin Ərzurum vilayətində polis məmuru tərəfindən Quranda adı keçən, sirli əbabil quşu tapılıb.
Qanunvehedef.az "ölkə.az"-a istinadən bildirir ki, gecə-gündüz müntəzəm olaraq havada uçan əbabil quşları çox nadir tapılan quş növlərindəndir.
Ərzurum rayon polis idarəsində işləyən polis məmuru Levent Köksal iş vaxtı pəncərəyə çırpılan quşu içəri buraxıb. Onun əbabil quşunu anladıqdan sonra bir qutuya qoyaraq evə aparıb. Sonra isə Levent quşu dövlət idarəsinə təhvil verib.
Əbabil quşları digər quşlardan fərqli olaraq bütün ömürlərini uçaraq keçirirlər. Sadəcə cütləşmək üçün yerə qonurlar və bir daha havaya qalxmırlar. Bütün canlılardan qaçdıqları üçün nadir hallarda bu quşları görmək mümkündür.
Əbabil quşu barədə Qurani-Kərimdəki "Fil" surəsində məlumat var. Ayəyə əsasən, Kəbəni zalım hökmdarın qoşunlarından göydən peyda olan əbabil quşları xilas ediblər.







Ən çox oxunanlar
{sape_links}{sape_article}