Xəbər lenti
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Sabah hava necə olacaq? – Proqnoz

Baxılıb: 674     Tarix: 20-08-2018 13:24   

Sabah Azərbaycan ərazisində gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qanunvehedef.az-a verilən məlumata görə, avqustun 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 25-30, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində avqustun 21-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq.
Azərbaycanın rayonlarında avqustun 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Tibbi meteoroloji proqnoza görə, avqustun 21-22-də Abşeron yarımadasında temperatur rejiminin və digər meteoroloji amillərin iqlim norması daxilində tərəddüd edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.шаблоны для dle 11.2