UKRAYNANIN ƏKS-HÜCUMU BAŞLAYIB? – “Ukraynalılar dalğa-dalğa gəldilər”
Baxılıb: 442 Tarix: 09-06-2023 11:44
Ukrayna Qərb tanklarından istifadə edərək əks-hücum əməliyyatına başlayıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunub ki, ötən gün Ukraynanın işğal olunmuş ərazilərini azad etmək mübarizəsinə başladıqdan sonra ən şiddətli qarşıdurmalardan biri yaşanıb.
ABŞ rəsmiləri də ötən gün təsdiqləyiblər ki, Zaporojye bölgəsindəki döyüşlər əsas hərəkatın başlanğıcı kimi görünür.
Gərgin döyüşlər zamanı hər iki tərəfin xeyli sayda itki verdiyi, rusların sözügedən əks-hücum cəhdinə sərt müqavimət göstərdiyi bildirilir. Rusiyalı bloger “Zapiski Veterana” teleqram kanalında əks-hücumun başlama ərəfəsində olduğunu bildirib.
“Məncə, biz artıq Ukraynanın çoxdan elan edilmiş hücumunun başlanğıcı haqqında danışa bilərik. Uzun müddətdir cəbhədə belə bir hərəkat olmayıb. Ukraynalılar dalğa-dalğa gəldilər. Ukrayna qüvvələri irəliləyir. Düşmən bir neçə yüksəkliyi ələ keçirə bildi, lakin cəbhənin dərinliyinə keçə bilmədi”,-deyə o, bildirib.
“Daily Mail” yazır ki, hücumların istiqaməti göstərdi ki, Ukraynanın məqsədi Rusiyanın müdafiəsini yarmaq, Qara dənizin Tokmak,
Melitopol və Berdyansk şəhərlərinə çatmaq və Krım yarımadasıyla əlaqəni kəsmək olub.
Həmçinin qeyd olunub ki, dünən güclü bombardmana məruz qalan Baxmut qəsəbəsi ətrafında üçüncü irəliləyiş baş verib və Ukrayna mənbələri qoşunların şəhərin ətrafında bir mil torpaq əldə etdiyini bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə videomüraciətində əks-hücum əməliyyatında təxminən 1500 Ukrayna əsgərinin iştirak etdiyini və dörd istiqamətdən hücuma məruz qaldıqlarını bildirib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər