Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Paşinyanla görüşdən əvvəl deputatların telefonları toplanılır”

Baxılıb: 596     Tarix: 14-06-2023 12:03   

Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizlik xidməti görüşdən əvvəl millət vəkillərinin telefon və “ağıllı saat”larını toplayır.
Qanunvehedef.az “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının nümayəndəsi Ovik Ağazaryan açıqlayıb.
Onun sözlərinə görə, buna səbəb onların görüş zamanı diqqətinin yayınmasına və TikTok-a daxil olmasına əngəl olmaqdır.
“Hraparak” qəzeti isə yazır ki, bu yaxınlarda Paşinyanın da iştirak etdiyi məmurlardan birinin oğlunun toyunda Baş nazir gəlməzdən əvvəl təqribən 900 qonaq ayrı-ayrılıqda təhlükəsizlik əməkdaşları tərəfindən metal detektorlar vasitəsilə yoxlanılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}