Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ZAXAROVANI DANIŞDIRAN SƏBƏBLƏR, SUSDUĞU MƏQAMLAR... - Bakı artıq qərarını verib...

Baxılıb: 471     Tarix: 07-07-2023 10:28   

“Biz Qarabağda atəşkəs rejiminin pozulması hallarının artması və Laçın yolunun davam edən blokadası ilə bağlı son dərəcə narahat olduğumuzu bildiririk”.
Qanunvehedef.az “AzPolitika.info” istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə erməni mediasının sualını cavablandırarkən deyib.
“Mövcud məlumatlara görə, regionda humanitar vəziyyət pisləşir. Təəssüflə bildirmək məcburiyyətindəyik ki, tədarükün dayandırılması səbəbindən insanlar ərzaq, zəruri mallar və dərman ehtiyatları olmadan qala bilər. Bu, Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli razılaşmalarına, o cümlədən 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarına ziddir. Biz Bakı və İrəvanı bütün məsələləri müstəsna olaraq siyasi və diplomatik yollarla həll etməyə çağırırıq” - deyə, Zaxarova bildirib.
Rusiya XİN-nin sözçüsü Laçın yolunun məhz ermənilər tərəfindən törədilən təxribatlar nəticəsində bağlanıldığını “unudaraq” Azərbaycan tərəfinə çağrış edib. Bakını vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin mülki məqsədlər üçün Laçın yolundan maneəsiz hərəkətini təmin etməyə çağırıb,
Rusiya XİN sözçüsünün bu bəyanatı bölgədəki real duruma zidd olmaqla yanaşı, sözsüz ki, birtərəfli və qərəzlidir.

 
Əvvəla, Zaxarova vəziyyətin niyə bu həddə gərginləşməsinin səbəblərindən danışmayıb. Azərbaycan aprel ayının 25-də Laçın yolunun başlanığıcında – dövlət sərhədində nəzarət- buraxılış məntəqəsi (NBX) qurduqdan sonra Qarabağın məlum hissəsində qalan azsaylı erməni əhalinin sərbəst gediş-gəlişinə şərait yaradıb. Bu barədə videogörüntülər də ictimaiyyətə təqdim olunub.
Amma çox keçmədi ki, Rusiya sülhməramlılarının birbaşa nəzarəti altında olan erməni silahlı dəsətləri həmin ərazidə Azərbaycan Ordusunun mövqelərini atəşə tutmağa başladı. Hətta NBX atəşə tutuldu və 1 hərbi qulluqçumuz yaralandı. Rusiya sülhməramlıları heç bir tədbir görmədilər və məsuliyyəti üzərlərindən atdılar. Belə olan halda Azərbaycan nəzarəti daha da artırmalı idi.


Cavab tədbirlərindən biri kimi Rusiyanın hərbi kolonları da ciddi yoxlamalara məruz qaldı və hazırda Bakı Qarabağdakı sülhməramlılar üçün bütün təchizatın Azərbaycan üzərindən həyata keçirilməsini tələb edir.
Zaxarova aydınlıq gətirmək istəməyib ki, Rusiya Qarabağdakı bütün təchizatını hansı səbəbədən Ermənistan üzərindən həyata keçirir?
Qarabağ Azərbaycan ərazisidir və Moskva bunu rəsmən tanıyıb. Müharibədən sonra imzalanmış üçtərəfli bəyanatların heç birində Qarabağdakı sülhməramlıların və erməni əhalisinin təminatının Ermənistan üzərindən həyata keçiriləcəyinə dair öhdəlik yoxdur.
Rusiya Bakının bu tələbinə niyə müqavimət göstərir, əgər Qarabağdakı fəaliyyəti yalnız sülhməramlı misiya ilə yekunlaşırsa, nədən ehtiyat edir?
Hərçənd biz onların müvəqqəti nəzarət etdiyi bölgədə erməni silahlı dəstələrinin silah-sursat daşınmasına, texnikanın, qurğuların yerdəyişməsini bilavasitə rəhbərlik etdiyini aydın şəkildə görürük.
Zaxarova 10 noyabr bəyanatından çox danışır, amma bu bəyanatın yerinə yetirilməyən müddəalarına görə Moskvanın daşıdığı məsuliyyət haqqında susur. Bu bəyanata görə, müharibədən ötən 3 il ərzində Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan hissəsi də erməni silahlı dəstələrindən təmizlənməli, daxili kommunikasiyalar açılmalı idi.
Rusiya bu öhdəliyini icra etmək əvəzinə bir dəstə separatçı erməninin vasitəsi ilə Qarabağda öz mövcudluğunu qorumaq, sülhə maneə olmaq kimi mənasız fəaliyyətlə məşğul olur.
İndi Azərbaycan ordusu bölgədəki silahlı quldur dəstələrini hər tərəfdən mühasirəyə alıb, tərksilah olmağı tələb edir, Rusiya XİN isə onların aqibətindən narahat olub Azərbaycanı dayandırmağa çalışır.

 Çox güman ki, xarici işlər naziri Sergey Lavrov xüsusi nümayəndəsi İqor Xovayevi həm də bu məqsədlə Bakıya göndərir. Amma Bakı artıq qərarını verib, Qarabağdakı silahlı dəstələr və qondarma rejim özünü buraxmalıdır! Əks təqdirdə güc tətbiq ediləcək!
Azərbaycanın öz süveren ərazilərini terrorçu dəstələrdən təmizləməsinə heç bir qüvvə mane ola bilməz və olmayacaq. Uzaqbaşı Parisdən, Moskvadan, Vaşiqntondan və Brüsseldən bir-iki növbətçi bəyanatlar eşidəcəyik.
Vəziyyətin bu həddə çatmasında isə Zaxarovanın təmsil etdiyi Rusiya Xarici İşlər Nazirliyi və Kreml administrasiyası bilavasitə məsuliyyət daşıyırlar.
Rasim Əliyev

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar