Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ermənistandan Xankəndiyə gələn qaz sevinci 1 gün çəkdi

Baxılıb: 517     Tarix: 10-07-2023 11:35   

Ermənistandan Xankəndiyə gələn qaz nəqli qəfil bərpa edildiyi kimi, qəfil də kəsildi: cəmi bir gün qaz üzü görən separatçılar baş verənləri anlamır, müxtəlif iddialar irəli sürürlər...
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Publika.az məqalə dərc edib.
Sayt qeyd edir ki, Qarabağa qaz axınının vanası Azərbaycanın əlində olduğu üçün nəqlin bərpası və dayandırılması qərarının da Bakıda verildiyi məlumdur. Azərbaycan Qarabağdakı erməni əhalisinin digər ehtiyacları kimi, qaz təminatını da həyata keçirməyi planlaşdırır. Lakin bölgədə qalan separatçılar və havadarları buna imkan vermədiyi üçün hələki Xankəndiyə qaz xətlərinin çəkilməsi mümkün olmayıb, bu baxımdan, qaz nəqli də işğal dövründə çəkilən xətlərlə Ermənistandan gəlir. Rəsmi Bakı öz suveren ərazisinə daxil olan qaz xətləri üzərində vana quraşdırıb, lazım olanda bağlamaq, yaxud açmaq imkanı əldə edib. Ermənistanın və Xankəndidə qalan separatçıların intensivləşən təxribatlarından sonra vana bağlanmışdı. Separatçılar da qaz nəqlinin bərpa ediləcəyinə ümidlərini tamamilə itirmişdilər. Lakin iyulun 8-də qaz nəqlinin bərpa edilməsi onların sevincinə səbəb oldu, həm də Bakının niyə belə addım atdığına dair suallar yarandı.
Azərbaycan Qarabağdakı erməni əhalisinin problemlərlə üzləşməməsi üçün həmişə humanist yanaşma sərgiləyir, qaz nəqlinin bərpasını da bu cür oxumaq olardı. Hərçənd, bir gün sonra qaz nəqlinin dayandırılması ortaya fərqli məqamları və ehtimalları çıxardı.
Birincisi, rəsmi Bakı qaz nəqlini bərpa etməklə erməni əhalisinə Azərbaycana reinteqrasiya edəcəkləri təqdirdə hər şeylə təmin olunacaqlarını göstərir: qaz üzü görən ermənilərin bunu anlaması üçün bir günün yetərli olduğunu hesab etmək olar;
İkincisi, qaz nəqlinin birgünlük təmin edilməsi ilə əhaliyə onların hər şeylə təchizatının önündəki maneənin əslində separatçılar və havadarları olduğunu nümayiş etdirir: Azərbaycan onun qanunlarını qəbul edən bütün vətəndaşlarına hər bir şəraiti yarada bilər, lakin bundan imtina edənlər və suverenliyinə qarşı təhdid yaradanlara sonsuza qədər dözməyəcək;
Üçüncüsü, bu addım Qarabağdakı erməni əhalisi arasında gündəmin formalaşdırılması məqsədi daşıya bilər: qaz nəqlinin bərpası və dayandırılmasından sonra ermənilərin əsas müzakirə mövzusu budur; səbəbləri anlamaq istəyən erməni əhalisi arasında problemin reinteqrasiyanın qarşısını alan qüvvələr olduğu haqda fikirlərin getdikcə gücləndiyi istisna edilməməlidir;
Məlumatlara görə, “birgünlük qaz” Xankəndidə ciddi müzakirələrə və xaosa səbəb olub. Bunu separatçıların qondarma “müşaviri” Artak Belaryanın da “erməni əhalisi arasında qeyri-müəyyənlik və çarəsizliyin yarandığı” haqda etirafı da deməyə əsas verir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar