Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Ankara və Bakı Türkiyə qırıcısının yaradılmasında əməkdaşlıq edəcək

Baxılıb: 659     Tarix: 27-07-2023 10:58   

Türkiyə və Azərbaycan beşinci nəsil “Kaan” qırıcısının yaradılması layihəsi çərçivəsində əməkdaşlıq barədə razılığa gəliblər.
Qanunvehedef.az TRT telekanalına istinadən xəbər verir ki, bu, ikitərəfli razılaşma ilə rəsmiləşdiriləcək. Onun İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF-2023) çərçivəsində imzalanacağı planlaşdırılır.
“Yeni Shafaq” qəzeti qeyd edir ki, Bakının layihədə iştirakı Rusiya istehsalı olan MiQ-29 təyyarələri ilə təchiz olunmuş Azərbaycan HHQ-nin modernləşdirilməsində mühüm addım kimi qiymətləndirilməlidir.
“Defence Turk” portalının məlumatına görə, Türkiyə qırıcısının yaradılması layihəsində Ukrayna da iştirak edə bilər.
Qeyd edək ki, beşinci nəsil qırıcı olan “Kaan” 2017-ci ildən Türkiyədə “Milli döyüş təyyarəsi” proqramı çərçivəsində yaradılıb. Onun ilk uçuşunu bu il həyata keçirəcəyi, 2028-ci ildə isə kütləvi istehsalına başlanacağı planlaşdırılır.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar