Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Tibbi ehtiyacları olan ermənilər Laçındakı məntəqədən keçiblər

Baxılıb: 735     Tarix: 27-07-2023 13:32   

Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Həkəri çayının üzərində, Azərbaycan-Ermənistan sərhədində fəaliyyət göstərən “Laçın” dövlət sərhədi buraxılış məntəqəsindən sərbəst keçidinə növbəti dəfə şərait yaradılıb.
Qanunvehedef.az xəbər verir ki, Xankəndidən Gorus istiqamətində hərəkət edən 7 nəqliyyat vasitəsi və 34 şəxsin buraxılış məntəqəsində qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra Ermənistana keçidi təmin edilib. Həmin 34 şəxsin 11-i BQXK üzvü, 12-si tibbi ehtiyacı olan şəxslər və onları müşayiət edən 10 ailə üzvü, eləcə də 1 nəfər tibb heyəti olub.
Bu, bir daha onu göstərir ki, dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan tərəfindən hər hansı maneə yoxdur. Son günlər Ermənistanın sərhədlə bağlı bəyanat və əməlləri isə sırf təxribat xarakteri daşıyır.



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar