Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Azərbaycan XİN-in şərhi suallar doğurub”

Baxılıb: 617     Tarix: 13-09-2023 13:06   

Rəsmi Moskva Azərbaycan XİN-in Rusiyanın Ukraynanın nəzarətə götürdüyü ərazilərində keçirdiyi seçkilərlə bağlı şərhinə görə Bakıya diplomatik demarş elan edib.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.
Zaxarova bildirib ki, sözügedən şərh onda suallar doğurub: “Bu şərh niyə görə verilib, bu cür qiymətləndirmələri qəbul edə bilmərik. Bunlar qəbuledilməz qiymətləndirmələrdir və ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə uyğun gəlmir. Hesab edirik ki, Bakı Rusiyanın ərazi bütövlüyü məsələsinə, onun bizdən onun ərazi bütövlüyünə hörmətlə yanaşmağımızı gözlədiyi kimi yanaşmalıdır. Düşünürəm ki, azərbaycanlı dostlarımız bizim regionlarımızın tarixini çox yaxşı bilirlər. Üstəlik, onlar bunu KİV-dən deyil, bizim ortaq keçmişimizdən bilirlər. Çünki onlar tarixi kontekstdə bu prosesi müşahidə etmək imkanına sahib olublar”.
Xatırladaq ki, Azərbaycan XİN-in Ukraynanın bir sıra ərazilərində keçirilmiş qondarma “seçkilərə” dair bəyanatında deyilir: “Azərbaycan və Ukrayna bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bundan irəli gələrək, Azərbaycan Ukrayna ərazisində bu dövlətin Konstitusiyasına və qanunvericiliyinə uyğun şəkildə keçirilən istənilən seçkinin legitim ola biləcəyini bəyan edir. Azərbaycanın bu prinsipial mövqeyi beynəlxalq hüququn dövlətlərin suverenliyinə aid olan hüquqlara hörmətlə bağlı universal şəkildə tanınmış norma və prinsiplərinə əsaslanır. Bu meyarlara cavab vermədiyi üçün, Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsində keçirilən son “seçkilər”in ümumiyyətlə heç bir qanuni qüvvəsi yoxdur”.шаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking