Ermənistan xaosun bir addımlığında... – Putin və Bayden Paşinyana mesajlarını göndərib
Baxılıb: 671 Tarix: 26-09-2023 14:47
ABŞ Prezidenti Co Bayden Xankəndi və ətrafında baş verən son hadisələr, eləcə də Moskva ilə İrəvan arasında pisləşən münasibətlər fonunda Ermənistanın Baş naziri Nikol Paşinyana şəxsi mesaj göndərib.
Xatırladaq ki, həmin gün Rusiya Xarici İşlər Nazirliyi (XİN) Paşinyanın bəyanatlarına cavab verib.
“Daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyəti Moskvanın üzərinə atmaqla məsuliyyətdən boyun qaçırmaq cəhdi var”, - deyə, Rusiya XİNbildirib.
Rusiya XİN Paşinyanı Ermənistanı Qərbin geosiyasi oyunlarının girovuna çevirməkdə günahlandırıb. Bəyanatda Rusiya və KTMT-nin səhvləri ilə bağlı Paşinyanın iddialarının inandırıcı olmadığı vurğulanır. XİN iddia edir ki, 2020-ci ilin payızında Rusiya Federasiyasının və şəxsən Prezident Vladimir Putinin səyləri ilə Qarabağda işğalçı Ermənistanın tam məğlubiyyətinə imkan verilməyib.
Bəyanatda Qarabağın üç ildən sonra Azərbaycanın tam nəzarətinə qayıtması faktı Paşinyanın “Qərbin öyüd-nəsihətinə uyması” vəbölgənin azsaylı erməni sakinlərin yaşadığı kiçik hissəsi üzərində dəBakının suverenliyini tanıması ilə izah edilir.
“AzPolitika.info” Qərb mediasına istinadla xəbər verir ki, Paşinyana Baydenin mesajını sentyabrın 25-də ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim ilə birlikdə İrəvana gələn ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer çatdırıb.
Baydenin mətbuatda yayılmış mesajında bildirilir ki, ABŞ Ermənistanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və demokratiyanı dəstəkləyir. Mətndə həmçinin Ermənistan rəhbərliyinin sülh arzusu qeyd edilir və ABŞ-ın bu ölkəyə humanitar yardımlar göstərəcəyi vurğulanır. Mətndə Azərbaycanın adı çəkilərək heç bir ittiham səsləndirilməyib.
Xatırladaq ki, artıq 1 həftədir Ermənistanda müxalifət partiyaları Paşinyanın istefası şüarları altında hökumət əleyhinə etirazları davam etdidir. Amerikalı senator Qari Piters bazar ertəsi İrəvanda parlament müxalifətinin nümayəndələri ilə görüşüb
Dünən Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev İrəvana gedib və Paşinyanla görüşüb. Yerli medianın yazdığına görə, nazirin Baş nazirlə söhbəti “çox ağır” keçib. Kolokoltsev Putinin tələblərini Paşinyana çatdırıb və “gedişatın Ermənistana uğur vəd etmədiyini” deyib.
ABŞ-dan yüksək səviyyəli dövlət və Konqress rəsmilərinin ard-arda İrəvana səfərləri, Paşinyana şəxsən Prezident Co Baydenin dəstək mesajının çatıdırlması Vaşinqtonda Ermənistanda hakimiyyət dəyişikliyi ilə bağlı narahatlığı göstərir. Rusiya XİN-nin yuxarıda qeyd olunan bəyanatı Moskvanın müttəfqini rahat buraxmayacağından xəbər verir. Yerli media yazır ki, son günlər Rusiyadan Ermənistana kütləvi axın var, bu da İrəvanda hakimiyyətə qarşı etiraz aksiyasının genişlənməsinə xidmət edir.
Ekspertlərə görə, geosiyasi güclərin Ermənistanda açıq toqqşuması kimin qalib gəlməsindən asılı olmayaraq ölkəni xaosa sürükləyə bilər.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər