Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ceyhun Bayramov özbəkistanlı həmkarına başsağlığı verdi

Baxılıb: 806     Tarix: 28-09-2023 13:55   

Xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistan xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı baş tutub.
Qanunvehedef.az xəbər verir ki, bu barədə XİN-dən bildirilib.
Nazir Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində beynəlxalq hava limanı yaxınlığında baş vermiş partlayış ilə əlaqədar Özbəkistan dövləti və xalqına öz başsağlığını çatdırıb, partlayış nəticəsində yaralananlara şəfa arzu edib.
Telefon danışığı zamanı həmçinin iki ölkə arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə mövcud regional vəziyyət müzakirə olunub.
Nazir Baxtiyor Saidov, başsağlığı və dəstək mesajına görə təşəkkür edərək, bu dəstəyin ölkələrimiz arasındakı dostluq, qardaşlıq və həmrəyliyə əsaslanan münasibətlərin daha bir göstəricisi olduğunu diqqətə çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar