Xəbər lenti
22/06/2026 [13:37]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sürücülərin nəzərinə: Bu prospektdə yollar rənglənir

Baxılıb: 611     Tarix: 07-09-2018 11:23   

Paytaxtın Neftçilər prospektində yol xətləri yenidən rənglənir.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatına görə, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsiməsinədək olan hissəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.
Sürücülərdən rənglənmə işlərinin aparılmasına mane olmamaları üçün qeyd olunan müddət ərzində prospektdə Dənizkənarı Bulvar boyunca avtonəqliyyat vasitələrini park etməmələri, bundan başqa prospektdə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar