Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?

Baxılıb: 525     Tarix: 17-05-2024 10:11   

Xankəndidə keçmiş qondarma rejimin tikdiyi bəzi binalar – “parlament binası”, Ermənistan Respublikasının Könüllülər İttifaqı (“Yerkrap”) və s. bir müddət əvvəl sökülüb. Mütəxəssislər Xocalı hava limanının da məhv olmuş xunta rejiminin saxta gerbindəki qartal təsvirinin formasında tikildiyini, həmçinin “Nənə və Baba” heykəlinə bənzədiyini bildirirlər. Onlar bunu əsas gətirərək, həmin hava limanının da sökülməsinin zəruri olduğunu qeyd edirlər.
Qanunvehedef.az xəbər verir ki, əslən Xocalıdan olan deputat Elman Məmmədov Globalinfo.az-a açıqlamasında sovet dönəmində ermənilərin Xankəndinin girişində tikdikləri heykələ görə Azərbaycan rəhbərliyinin öz etirazını bildirdiyini deyib.
“O heykəli Qarabağda məqsədli şəkildə tikiblər ki, oranın erməni torpağı olduğunu iddia edə bilsinlər. O “abidə” də digər binalar kimi cəhənnəmə vasil olmalıdır. Ölkə başçısı hər zaman nəyi nə vaxt edəcəyini yaxşı bildiyini deyir. Yəqin ki, o heykəlin də söküləcəyi zaman gələcək. Onun yerində tarixi Azərbaycan türk torpağı olduğu üçün özümüzə məxsus möhtəşəm abidə ucaldılmalıdır”, - E.Məmmədov bildirib.
Deputat deyib ki, Xocalı hava limanı işğal dövrü ərzində erməniləşdirilib:
“Separatçılar onu da özlərinə sərf edən kimi düzəldiblər. Xocalı aeroportu 1970-ci illərdə inşa edilib. Lakin orada müxtəlif məqsədlər üçün AN-2 (“Kukuruznik”) təyyarələri uçurdu. Bakıdan Xocalıya, Xocalıdan İrəvana gedirdi. Bundan başqa, kənd təsərrüfatı məqsədilə istifadə olunurdu. Amma Heydər Əliyev Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin Birinci katibi olduğu zaman – 1975-ci ildə onun rəhbərliyi altında Xocalı hava limanı müasir formada quruldu. Bu, işğal dövrünə kimi davam edirdi. Artıq torpaqlarımız ermənilər tərəfindən işğal olunduqdan sonra düşmən bizə məxsus hava limanını sökərək, erməni nişanələri ilə tikdilər. Bu günlərə qədər Xocalı aeroportu Rusiya sülhməramlılarının yerləşdiyi ərazi idi. Hətta onlar orada kilsə də tikmişdilər. Artıq ruslar da getdi. İnşallah, bundan belə onların sonradan tikdiyi yerlər sökülər və yerində yeni müasir tipli aeroport tikilər”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar