Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Sürücülərin nəzərinə: Bu yolda sürət həddi artırıldı

Baxılıb: 641     Tarix: 20-09-2018 10:32   

Yeni istifadəyə verilən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun sürət həddi bəlli olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidməti Anar Nəcəflinin Qanunvehedef.az-a verdiyi açıqlamaya görə, uzun müddətdir təmiri aparıldıqdan sonra yaxın günlərdə açılışı edilən yolun sürət həddi saatda 120 km/saat təyin olunub.
Əvvəl sözügedən yol rayon ərazilərindən keçdiyi üçün sürət həddi 60-90, bəzi yerlərdə isə 100 km/saat idi. Lakin köhnə yol həddən artıq pis vəziyyətdə olduğu üçün avtomobillər yüksək sürətlə gedə bilmirdi.
Qeyd edək ki, yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 693 dairəvi və düzbucaqlı su keçidi, 65 yeraltı keçid, 47 körpü və 3 qovşaq, həmçinin 4 tunel inşa edilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.
Bu günə qədər ümumi uzunluğu 243 km təşkil edən yol aparılan inşa işlərindən sonra 38.4 km qısalaraq 204.6 km olacaq.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar