Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Sərhəddə hərəkətlənmə: Ermənistan bu ərazilərdən çəkilir

Baxılıb: 694     Tarix: 19-07-2024 13:35   

Ermənistanın Azərbaycanla delimitasiya və demarkasiya prosesini birtərəfli güzəştlərlə həyata keçirməsi Gürcüstanla sərhəddə də hərəkətlənməyə səbəb olub.
Qanunvehedef.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Nəşr yazır ki, bir neçə gün əvvəl Ermənistanın Gürcüstanla sərhədində yerləşən Lori vilayətinin Taşir rayonunun Sarçapet kəndinin Lok adlanan təpəsində ermənicə “Dayan! Dövlət sərhəddi” və “Giriş-çıxış qadağandır” xəbərdarlıqları olan nişanlar qoyulub. Bu nişanların dəqiq nə zaman qoyulduğu bilinmir.
Məlumata görə, Gürcüstan-Ermənistan sərhədində mübahisəli olan bəzi kilsələr, monastrlar və təpələr var. Lok təpəsində yerləşən qala da bunlardan biridir.
İki ölkə arasında şifahi razılaşmaya görə, qala tam sərhəd xəttinə düşməli və heç kimin nəzarətinə keçməməli idi. Son aylarda İrəvan və Tbilisi rəsmiləri iki ölkə arasında sərhəd xəttinin çəkilməsi ilə bağlı prosesin yekunlaşdırılacağını bildiriblər. Nikol Paşinyan keçmiş baş nazir İrakli Qaribaşvili ilə danışdığını və məsələnin razılaşdırıldığını deyib. Həmçinin xarici işlər nazirləri səviyyəsində də prosesin anonsu verilib.
Nəşr iddia edir ki, Ermənistan Azərbaycana olduğu kimi, Gürcüstana da güzəştə gedəcək. Hər iki ölkənin sərhəddə bir sıra monastr və kilsələrlə bağlı ambisiyaları var. Şübhəsiz ki, İrəvan Tbilisi ilə demarkasiya prosesi çərçivəsində bəzi ərazilərdən əl çəkəcək. Ermənistan-Gürcüstan sərhədinin 225 kilometrlik hissəsinin 147 kilometri üçün sərhəd xətti razılaşdırılıb. Qalan ərazilər isə mübahisəlidir.

Qanunvehedef.az 



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar