Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

“Ermənistan konyaklarının 90 %-i təhlükəlidir”

Baxılıb: 554     Tarix: 20-08-2024 10:29   

 “Rusiya mağazalarında satılan erməni konyaklarının demək olar, 90 %-nin təhlükəli olduğu ortaya çıxıb, eyni zamanda məhsulların yarısında üzümdən hazırlanmayan spirtlər var”.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Antikontrafakt” beynəlxalq assosiasiyası, Rusiya Federasiyasının Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilir.
Məlumatda bildirilib ki, tədqiqat üçün Ermənistanın 10 ən böyük istehsalçısından 20-dən çox brendin 200 konyak nümunəsi götürülüb. Nümunələr Rusiyanın əksər federal pərakəndə satış şəbəkələrinin mağazalarında alınıb, analiz üçün Ümumrusiya Pivə, Alkoqolsuz və Şərabçılıq Sənayesi Elmi-Tədqiqat İnstitutunun müstəqil laboratoriyasına təqdim edilib.
“Onlardan 177-də, yəni 89 %-də, 10 nümunədən 9-da pozuntular aşkar edilib. Demək olar yarısında isə qeyri-üzüm mənşəli spirtlər aşkarlanıb. Üzüm mənşəli spirtlər isə içkini konyak edən məhz budur. Yalnız 23 nümunənin dövlət standartlarına və Rusiya Federasiyasının qanunvericiliyinə tam uyğun olduğu ortaya çıxdı”, - araşdırmada deyilir.


Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar