Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Sabah Paşinyan üçün taleyüklü seçkidir - Şərh

Baxılıb: 612     Tarix: 22-09-2018 09:53   
Bu günlərdə Ermənistanda müzakirə edilən mövzulardan biri də İrəvan Şəhər şurasına keçiriləcək seçkilərdir. Bu, Paşinyan hökumətinin gələcək siyasi xəttini bəlirləyən seçki olacaqdır.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, cari ilin may ayında yaşanan hadisələrdən sonra iqtidara gələn Nikol Paşinyan İrəvan merinin də istefa etməsində maraqlı idi:
“Şəhər Şurasının seçkilərlə keçirilməsi haqqında qanun qəbul edildikdən sonra bu vəzifəyə hər zaman iqtidar partiyası seçilirdi. Doğrudur, şurada müxalif partiyalar da təmsil edilirdi, amma qəraralma mexanizmi hakim partiyanın nəzarətində idi. Digər siyasi partiyalar da bu seçkilərdə yarışa qoşulub, amma yəqin ki, Paşinyanın namizədi seçiləcək”.
Politoloq vurğulayıb ki, bu seçkilər Paşinyan hökumətinin ilk seçkiləri olacaq:
“Ona görə xüsusi əhəmiyyət daşıyır ki, bu, hökumətin şəffaf və demokratik seçkilər keçirməsi üçün ciddi bir imtahandır. Paşinyan yəqin ki, inzibati müxanizmlərdən istifadə edərək bu seçkilərə müdaxilə etməyəcək, ancaq bu post da hökumət üçün olduqca əhəmiyyətlidir. Paşinyan hökuməti bu seçkilərdə Avropa institutları və keçmiş iqtidar, hazırkı müxalif qüvvələr qarşısında məsuliyyət daşıyır. Qısacası bu seçkilər Ermənistanın müstəqilliyini elan etdikdən sonra keçiriləcək ən həyəcanlı və taleyüklü ola bilər”.
Qeyd edək ki, İrəvan Şəhər Şurasına seçkilər 23 sentyabrda baş tutacaq.шаблоны для dle 11.2