Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Baqrat Qalstanyan keçmiş prezidentlərlə görüşdü

Baxılıb: 698     Tarix: 12-09-2024 11:25   

Ermənistanda hökumət əleyhinə “Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan ölkənin keçmiş Prezidentləri Robert Koçaryan və Serj Sarkisyanla görüşüb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumat hərəkatın teleqram kanalında paylaşılıb.
Tərəflərin hansı məsələləri müzakirə etdiyi açıqlanmayıb.
Xatırladaq ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan cari ilin mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. Nəticədə paytaxt İrəvanda və ölkənin digər bölgələrində hökumət əleyhinə aksiyalar keçirilib. Etiraz aksiyaları iyunda dayandırılsa da, hərəkat payızda fəal siyasi mübarizəni bərpa etmək niyyətində olduğunu bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar