Xəbər lenti
Arxiv
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İran Prezidenti səfirliyimizə hücumdan danışdı

Baxılıb: 760     Tarix: 15-10-2024 09:33   

Xəbər verdiyimiz kimi, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Qanunvehedef.az İran mətbuatına istinadən xəbər verir ki, Pezeşkian qəbul zamanı Azərbaycanın bu ölkədəki səfirliyinə hücumla bağlı məhkəmə prosesinin gedişatı barədə danışıb.
O, hücum edən şəxsin məhkəməsi ilə bağlı hüquqi proseslər tam həyata keçirilənə qədər bu məsələyə nəzarət edəcəklərini bəyan edib.
“Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxsin işi üzrə məhkəmə prosesi ilə bağlı biz hüquqi proseslərin tam həyata keçirilməsinə qədər bu məsələni izləyəcəyik”, -  İran Prezidenti deyib.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edib, nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb. Həmin terrorçu həbs olunub və onun barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Lakin bu qərarın üstündən bir ilə yaxın vaxt keçsə də, edamın nə vaxt icra ediləcəyi məlum deyil

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar