Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gürcüstanda prezident seçkilərinin tarixi açıqlandı

Baxılıb: 1 019     Tarix: 26-11-2024 13:09   

Gürcüstanda prezident seçkiləri dekabrın 14-də keçiriləcək.
Qanunvehedef.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə məlumatı parlamentin spikeri Şalva Papuaşvili açıqlayıb.
O bildirib ki, yeni prezidentin inauqurasiya mərasimi isə dekabrın 29-da baş tutacaq.
Xatırladaq ki, Gürcüstanın hazırkı Prezidenti Salome Zurabişvili 2018-ci ildə vətəndaşların birbaşa səsverməsi yolu ilə 6 illik müddətə seçilib. Onun səlahiyyət müddəti bu payız başa çatır.
Gürcüstan Konstitusiyasına yeni düzəlişlərə əsasən, yeni prezident oktyabrın 26-da baş tutan parlament seçkilərindən sonra deputatlardan və yerli özünüidarə orqanlarının nümayəndələrindən ibarət 300 nəfərlik seçici kollegiyası tərəfindən 5 illik müddətə seçiləcək.
72 yaşlı S.Zurabişvili daha əvvəl açıqlamasında ikinci müddətə prezident seçilmək niyyətində olduğunu bildirmişdi.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar