Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Gürcüstanda müxalifət lideri aksiyada saxlanıldı - KİV

Baxılıb: 976     Tarix: 02-12-2024 12:29   

Tbilisidə bir neçə gündür, davam edən etiraz aksiyaları zamanı Gürcüstanın müxalif “Qirçi – daha çox azadlıq” partiyasının sədri Zurab Caparidze saxlanılıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli “Ambebi” portalı yayıb.
Caparizdenin Çavçavadze prospektində saxlanıldığı qeyd olunub. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı hələ şərh bildirməyib.
Xatırladaq ki, Tbilisidə noyabrın 28-dən hökumət əleyhinə etiraz aksiyalarının növbəti dalğası başlayıb. Aksiyalarda 224 etirazçı saxlanılıb.
Etirazların keçirilməsinə səbəb isə Baş nazir İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların başlaması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlaması olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar