Xəbər lenti
21/08/2026 [12:58]
Sabah 40° isti olacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Bu ölkələr Gürcüstana qarşı sanksiyalara qoşulmadı

Baxılıb: 977     Tarix: 17-12-2024 13:12   

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının ölkənin diplomatik və xidməti pasportlarına sahib şəxsləri üçün vizasız rejimi dayandırmaq barədə qərarını tənqid edib.
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, Kobaxidze bu barədə brifinqdə danışıb və Aİ-nin bu addımını anti-Gürcüstan qərar adlandırıb.
O, həmçinin beş ölkənin Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə çıxış etdiyini qeyd edib və həmin dövlətlərə təşəkkür edib: “Bu ölkələr Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniyadır. Onlar gürcü xalqının maraqlarını qorudular”.
Xatırladaq ki, Aİ xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda gürcü diplomatlar üçün vizasız gediş-gəlişi dayandırmaq barədə razılığa gəliblər.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar