Xəbər lenti
20/10/2026 [13:11]
Sabah 28° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dörd ölkənin XTQ-si Azərbaycana gələcək

Baxılıb: 440     Tarix: 11-06-2025 09:37   

Bu ilin sentyabr ayında Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) iştirakı ilə ölkəmizdə keçiriləcək “Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təliminin iyunun 10-da yekun planlaşdırma konfransı təşkil edilib.
Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bakıda keçirilən konfransda iştirakçı ölkələrin XTQ mənsubları təlimin gedişatını və təşkilati məsələləri müzakirə edərək müxtəlif aspektlərə dair maraq doğuran sualları cavablandırıblar.
Görüş zamanı xüsusi təyinatlıların birgə əməliyyat hazırlığı və qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili diqqət mərkəzində olub.
Təlimin praktiki mərhələsi üçün ətraflı planlaşdırma aparılıb və müxtəlif ssenarilər üzrə icra olunacaq tapşırıqlar müzakirə edilib.
Konfransda, həmçinin hərbi əməkdaşlıq və təcrübə mübadiləsi kimi vacib məsələlərə də toxunulub.
“Sonsuz-Qardaşlıq-IV” çoxmillətli təlimi iştirakçı ölkələrin birgə əməliyyat qabiliyyətlərini artırmaq və regional təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək məqsədini daşıyır.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar